Rusiya ilk idarə olunan ekspedisiyasını 2031-ci ildə Aya göndərməyi planlaşdırır, sonra illərdə isə belə uçuşları hər il təkrarlanacaq.
YeniAvropa Rusiya KİV-lərinə istinadla xəbər verir ki, qarşıdakı illərdə artıq ilk ekspedisiyanın heyəti müəyyənləcək və onlar “kosmonavtların Ayda fəaliyyəti üzrə əməliyyatlar” üzərində məşqlərə başlayacaqlar. 2032-ci ildə isə yerin təbii peykinə lunomobil (Ayda kosmonavtları daşımaq imkanı olan ağır aparat), həmçinin nəqliyyat vasitələrini yoxlayacaq ikinci ekspedisiya göndəriləcək. Artıq bir il sonra göndəriləcək üçüncü ekspedisiya isə lunomobil vasitəsi ilə uzaq məsafəyə səfərlər etməli və robot texnikası komplekslərini sınaqdan keçirməli olacaqlar.
Məlumatda qeyd edilir ki, bu uçuşlardan öncə 2028 və 2029-cu illərdə iki sınaq uçuşu həyata keçiriləcək.Bundan əlavə, 2034-cü ildə Ay bazasının tikintisinə başlamaq da nəzərdə tutulur.