logo

Qazaxıstanda neft hasilatı rekord həddə çatıb

21:38 08-02-2019 | icon 3122
Qazaxıstanda neft hasilatı rekord həddə çatıb

 2018-ci ildə Qazaxıstanda yanacaq və enerji sektorunun fəaliyyəti rekord səviyyəyə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Qazaxıstan energetika naziri Kanat Bozumbayev məlumat verib.  Onun sözlərinə görə, Qazaxıstan cari yarımildə Mərkəzi Asiya ölkələrinə neft məhsullarının ixracına başlamağı planlaşdırır.

“Neft istehsalı ölkəmizin tarixində görünməyən həddə çataraq 90 milyon 360 min ton olub ki, bu da 2017-ci illə müqayisədə 4,8 faiz çoxdur, - deyə K.Bozumbayev bildirib.

O qeyd edib ki,  bu rəqəm “Kaşaqan” (13,2 milyon ton), “Tengiz” (28,6 milyon ton) və “Karaçaqanak” (12,2 milyon ton) yataqlarından hasil olunan neftin artması ilə əlaqədardır.

Nazir daha sonra 2019-cu ildə Qazaxıstanda təqribən 89 milyon ton neftin hasil edilməsinin planlaşdırıldığını vurğulayıb.