Rumıniyanın Prezidenti Klaus Yohannis Venesuela parlamentinin sədri Xuan Quaydonu ölkənin müvəqqəti prezidenti kimi tanıyıb.
YeniAvropa xəbər verir ki, bu barədə Rumıniya prezidentinin mətbuat xidməti bəyanat yayıb. Prezident administrasiyasının məlumatına əsasən, K.Yohannis vəziyyəti dərindən analiz edərək, Rumıniyanın vacib tərəfdaşları, Avropa İttifaqı ölkələrinin Xuan Quaydonun prezident kimi tanımasını da nəzərə alaraq bu qərarı qəbul edib.
Qeyd edək ki, Avropa İttifaqının üzv ölkələrinin əksəriyyəti Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.