logo

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb

19:10 08-02-2019 | icon 2835
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb

İstanbulun Kartal bölgəsində çökmüş binanın dağıntıları altından çıxarılan ölənlərin sayı 15-ə çatıb.YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.  Yerli mətbuatın yazdığına görə, bu gün səhiyyə naziri Kartal Tədris və Araşdırma Xəstəxanasında çökən səkkizmərtəbəli binanın dağıntıları altından yaralı olaraq xilas edilən vətəndaşları ziyarət edib.  Ziyarətdən sonra mətbuata açıqlama verən F.Koca bildirib ki, xilas edilən 14 nəfərdən 13-nün müalicəsi davam edir. Onlardan yeddisi reanimasiya şöbəsindədir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, hadisə fevralın 6-da baş verib.