logo

Aleksander Çeferin növbəti dəfə UEFA-nın prezidenti seçilib

10:11 08-02-2019 | icon 3367
Aleksander Çeferin növbəti dəfə UEFA-nın prezidenti seçilib

Ötən gün İtaliyanın paytaxtı Romada  keçirilən UEFA-nın 43-cü Konqresində Aleksander Çeferin növbəti dəfə dörd il müddətinə UEFA-nın prezidenti seçilib.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir  ki, konqress çərçivəsində qurumun İcraiyyə Komitəsinin iclası da keçirilib və Komitənin yeni üzvləri müəyyənləşib.

Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko, Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker, Macarıstan Futbol Federasiyasının rəhbəri Şandor Çanyi, Albaniya Futbol Assosiasiyasının prezidenti Armand Duka, Danimarka Futbol Federasiyanın rəhbəri Yesper Meller-Kristensen, İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales və Portuqaliya Futbol Federasiyasının prezidenti Fernandu Qomeş qurumun İcraiyyə Komitəsinə daxil olub. Qadın üzvlüyə namizəd kimi fransalı Arduen Florans seçilib.

UEFA Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsinin üzvü kimi Fransanın “Paris Sen-Jermen” klubunun prezidenti Nasir Əl-Xələfini təsdiqləyib. Bundan əlavə, ECA-nın başçısı və İtaliyanın “Yuventus” komandasının prezidenti Andrea Anyelli UEFA İcraiyyə Komitəsində təmsil olunacaq.

Macarıstanlı Şandor Çanyi isə FIFA-nın vitse-prezidenti seçilib. İngiltərəli Qreq Klark Britaniya Futbol Assosiasiyasının nümayəndəsi olaraq FIFA-nın vitse-prezidenti olub.

Almaniyalı Raynxard Qrindel FIFA-da UEFA nümayəndəsi kimi təmsil olunacaq.

Xatırladaq ki, ixtisasca hüquqşünas olan Aleksandr Çeferinin futzala olan həvəsi 2005-ci ildə onu yerli komandanın İdarə Heyətinə üzvlüyünə gətirib. 2011-ci ildə isə o, Sloveniya Futbol Federasiyası prezidenti seçilib. 14 sentyabr 2016-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin rəqibi Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqa qalib gələrək UEFA-nın 7-ci prezidenti seçilib.