Bu il Qazaxıstanfda qış çox sərt keçir. Ölkənin Astana və Qaraqanda şəhərləri hazırda dünyanın ən soyuq şəhərləri siyahısında yer alırlar.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, -38° ilə Qaraqanda yeddinci, -37° ilə isə Astana planetin ən soyuq şəhərləri sıralamasında on birinci yerdə qərarlaşıb.
Sinoptiklərin verdiyi məlumata görə, şənbə və bazar günlərindən başlayaraq havanın tempraturu nisbətən yüksələcək və -12° təşkil edəcək.