logo

Sergey Lazarev ikinci dəfə Rusiyanı “Eurovision”da təmsil edəcək

10:57 08-02-2019 | icon 4872
Sergey Lazarev ikinci dəfə Rusiyanı “Eurovision”da təmsil edəcək

Bu ilin may ayında Təl - Əvivdə keçiriləcək “Eurovision–2019” mahnı müsabiqəsində Sergey Lazarev Rusiyanı ikinci dəfə təmsil edəcək.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu haqda Rusiyanın Dövlət Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, 2016-cı ildə Stokholmda Rusiyanı təmsil edən müğənni “You Are the Only One” mahnısı ilə üçüncü yeri qazanıb. Mahnının musiqisini Filip Kirkorov bəstələyib.Habelə mahnı üzərində Böyük Britaniya və Yunanıstandan olan peşəkarlar çalışıblar.

Gənc yaşlarından müğənnilik karyerasına başlayan Sergey Lazarev həm də peşəkar aktyordur. O, ilk dəfə 2002-ci ildə “Romeo və Cülyetta” tamaşasında Romeo obrazını canlandırıb.