İstanbulun Kartal bölgəsində çökmüş binanın dağıntıları altından daha üç nəfərin cəsədi çıxarılıb. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
YeniAvropa xəbər verir ki, binadakı 14 mənzildə 43 nəfər qeydiyyatda olub.
Faciə yerində axtarış-xilasetmə işləri davam edir. Hadisə yerinə İstanbul, Sakarya və Bursadan olan xilasedicilər, tibb işçiləri və çoxlu sayda texnika cəlb edilib. Araşdırma aparılır.