logo

UEFA "Euro-2020"dən 2 milyard avro gəlir götürməyi planlaşdırır

18:11 07-02-2019 | icon 3248
UEFA "Euro-2020"dən 2 milyard avro gəlir götürməyi planlaşdırır

UEFA 2019-2020-ci il mövsümündə rekord gəlir əldə edəcəyini gözləyir.

YeniAvropa  "TASS"a istinadla xəbər verir ki, bu barədə qurumun maliyyə direktoru Yozef Koller İtaliyanın paytaxtı Romada keçirilən konqresdə məlumat verib.

O bildirib ki, UEFA-nın 2019-2020-il mövsümü üçün büdcəsinin gəlirləri əsasən Avropa çempionatının hesabına artacaq: “Gəlirlərin rekord məbləğdə - 5 milyard 725 milyon avro olacağını planlaşdırırıq. Qarşıdakı Avropa çempionatının gəlirləri 2 milyard avrodan çox olacaq. 2016-cı ildə keçirilmiş Avropa çempionatının gəlirləri isə 1,9 milyard avro təşkil edib”.

Qeyd edək ki, Avropanın 12 şəhəri - Bakı, Sankt-Peterburq, Buxarest, Budapeşt, Münxen, Amsterdam, Kopenhagen, Roma, Bilbao, Dublin, London və Qlazqo şəhərləri “Avro 2020”nin oyunlarına ev sahibliyi edəcək.

Elşən Balayev