logo

İstanbulda 5 yaşlı qız 18 saat sonra dağıntılar altından sağ çıxarılıb

13:11 07-02-2019 | icon 3178
İstanbulda 5 yaşlı qız 18 saat sonra dağıntılar altından sağ çıxarılıb

İstanbulun Kartal rayonunda çökmüş səkkizmərtəbəli binanın dağıntıları altında qalan beş yaşlı Havva Tekgöz 18 saat sonra sağ çıxarılıb.

YeniAvropa xəbər verir  ki, ilkin məlumata görə, Havva Tekgözün sağlamlığına ciddi təhlükə yoxdur.

"Anadolu" agentliyi xəbər verir ki, İstanbulda Bankalar prospektindəki Cevizli məhəlləsi, Sema küçəsindəki  çökmüş binanın 7 mərtəbəsində 14 mənzil olub. Burada 43 nəfərin qeydiyyatda olub. 

Birinci mərtəbəsində atelye yerləşən bina 1992-ci ildə inşa olunub. Bina əvvəlcə beşmərtəbəli olub. Sonradan qanunsuz yolla onun üstündə əlavə üç mərtəbə tikilib. İlkin araşdırmalar əsasında ehtimal edilir ki, dağıntılar altında ən azı 30 nəfər qalıb.

Faciə yerində axtarış-xilasetmə işləri davam edir. Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub.