Bakı vaxtı ilə saat 12:30-da başlanacaq Konqresdə UEFA İcraiyyə Komitəsinə 8 üzv də seçiləcək.
Xatırladaq ki, ixtisasca hüquqşünas olan Aleksandr Çeferinin futzala olan həvəsi 2005-ci ildə onu yerli komandanın İdarə Heyətinə üzvlüyünə gətirib. 2011-ci ildə isə o, Sloveniya Futbol Federasiyası prezidenti seçilib. 14 sentyabr 2016-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin rəqibi Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqa qalib gələrək UEFA-nın 7-ci prezidenti seçilib. O, 55 mümkün səsdən 45-ni toplaya bilib.