logo

İslam İnqilabından sonra İranın nail olduğu “ilk”lər

20:51 06-02-2019 | icon 4137
İslam İnqilabından sonra İranın nail olduğu “ilk”lər

İran İslam İnqilabından 40 il ötür. Bu müddət ərzində ölkədə xeyli dəyişikliklər baş vermiş, müəyyən nailiyyətlər əldə edilmişdir. Bunların əksəriyyəti məhz “ilk”lərdir. İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən YeniAvropa-ya daxil olan materialdı da elə həmin "ilk"lərdən söhbət açılır: 

                                    İran tarixində ilk süni peyk

İlk dəfə olaraq İran İslam İnqilabından sonra kosmik fəzaya çıxmağa müvəffəq oldu. Sovetlər İttifaqı 1957-cı ildə ilk dəfə olaraq kosmik fəzaya süni peyk buraxmağa nail oldu. Bu, ilk nümunə idi. Bir il sonra amerikalılar süni peyk buraxdılar. 1965-ci ildə Fransa. 1970-ci ildə Yaponiya və Çin, 1971-ci ildə İngiltərə, 1980-da Hindistan və 1988-ci ildə işğalçı Qüds rejimi süni peyk buraxmağa müvəffəq oldular. İran dünyada 9-cu ölkə olaraq 2005-ci ildə öz tarixində ilk dəfə Yerin orbitinə süni peyk çıxardı. Ancaq bu süni peyk xaricilərin iştirakı ilə yaradılmışdı. İran bir neçə aydan sonra tamamilə yerli istehsal olan süni peykin yaradılması prosesinə başladı və nəhayət, 03 fevral 2009-cu il  tarixdə İslam İnqilabının 30-cu ildönümündə tamamilə İran istehsal olan “Ümid” süni peykini kosmik fəzaya göndərdi. Amerikanın Kosmik Uçuşlar Agentliyi NASA  “Ümid” süni peykinin kosmik fəzaya uğurla buraxıldığını təsdiqlədi. Beləliklə, İran öz tarixindəilk dəfə olaraq kosmik uçuş texnologiysına sahib olan 9 ölkənin sırasına qoşuldu.             

                         İranda ilk Cord Blood(körpənin bağırsaq qanı) bankı

  İnqilabdan əvvəl İranda genetika elmi sahəsində heç bir istehsal yox idi. Doktor Səid Kazımi Aştiyani 29 may 1991-ci il tarixdə “Royan” tədqiqatlar Mərkəzini təsis etdi ki, bu, İranda  genetika elmi istehsalı sahəsində ilk müəssisə idi. “Royan” tədqiqatlar mərkəzinin fəaliyyətinin əsas predmeti ana hüceyrələr idi. Yəni hələ ixtisaslı bir funksiya tapmamışdı və genetika mühəndisliyi yolu ilə onu xüsusi bir hüceyrəyə çevirmək mümkün olurdu. Bu hüceyrələrin ən mühüm mənbələrindən biri körpənin bağırsaq qanıdır. Dünyada ilk bağırsaq qanı bankı 1989-cu ildən Fransada yaradıldı. Digər inkişaf etmiş ölkələr körpənin bağırsaq qanını kənara atmır, ana hüceyrələrin mənbəyi kimi qoruyub saxlayırdılar. Nəhayət, İran alimləri 2005-ci ildə ilk dəfə olaraq yeni doğulan körpələrin bağırsaq qanının bankını işə saldı.Hazırda İranda ildə 11 min nəfər insan körpənin bağırsaq qanı üçün müraciət edir. 2015-i ildən körpələrin bağırsaq qanının 780 min nümunəsi  qeydı alınmışdır ki, bunların da 55 mini İrana məxsusdur.

                            İran tarixində ilk ürək transplantasiyası

03 dekabr 1967-ci ildə tarixdə ilk dəfə Cənubi Afrikalı doktor Kristian Bernard avtomobil qəzası nəticəsində dünyasını dəyişmiş Denis Darval adlı 26 yaşlı gənc qadının ürəyini xəstəsinin ürəyinin yerinə köçürməyə müvəffəq oldu. 3 gün sonra Nyu York şəhərində də ikinci ürək köçürmə əməliyyatı həyata keçirildi. Bir il sonra növbəti belə əməliyyat yenidən Amerikada baş tutdu. Bundan sonra ürək transplantasiyası dünyada geniş yayıldı. İranda isə ürək köçürmə əməliyyatı ilk dəfə İslam inqilabından sonra Müharibənin başa çütmasından 5 il sonra ürək xəstəxanası kimi tanınan Tehrandakı doktor Şəriəti xəstəxanasında həyata keçirildi. Doktor Məhəmmədhüseyn Mandeqar və onun həmkaralrı 20 aprel 1948-ci ildə İran tarixində ilk dəfə ürəkköçürmə əməliyyatını uğurla həyata keçirdilər. O zamandan bugünədək İran ürəkköçürmə əməliyyatı sahəsində dünyanın 10 lider ölkəsinin sırasında yer almaqdadır və hər il İranda 15 min ürəkköçürmə əməliyyatı həyata keçirilir.

                                İranda laboratoriya üsulu ilə ilk uşağın dünyaya gəlməsi

İVF hamilə qalmağın metodlarından biridir. Hamilə qalmaq üzrə problem olduğu bəzi şəraitlərdə yumurtanı ana bətnindən kənarda ana bətni kimi yaradılmış süni şəraitdə 2-6 gün  saxlamaq, sonra isə onu  ananın bədəninə köçürmək olar. İlk dəfə olaraq Avstraliya 1973-cü ildə bu mürəkkəb əməliyyatı həyata keçirməyə müvəffəq oldu.  İranda ilk dəfə 1988-ci ildə doktor Əbu Taleb Saremi İVF barəsində öz tədqiqatını nəşr etdi. İki il sonra 1990-cı ildə Yəzd şəhərində belə laboratoriya üsulu ilə ilk uşaq dünyaya gəldi. Bir il sonra isə Tehranda bir cüt ekiz uşaq bu metodla dünyaya göz açdı. Beləliklə, 90-cı illərdə sonunda İran ilk olaraq İVF və ya yumurtanı ana bətnindən kənarda dölləşdirmə  metodu ilə uşaq dünyaya gətirmək texnologiyasına sahib oldu.

                                     Qərbi Asiyada genetik üsulla ilk klonlaşdırma

Dünyada genetik üsulla klonlaşdırılmış ilk heyvan qurbağanın bir növü idi. Bu tədqiqat 1952-ci ildə Amerika alimləri tərəfindən uğurla həyata keçirildi. Bu üsulla klonlaşdırılmış ilk balıq isə 1963-cü ildə Çin alimləri tərəfindən dünyaya gətirildi. Lakin canlıların ən mürəkkəbi olan məməlilərdən ilk dəfə klonlaşdırılan Dolli adlı bir dişi qoyun oldu. Dolli başqa bir qoyunun məməsinin hüceyrəsindən yaradıldı və 1996-cı ildə dünyaya gəldi. Qərbi Asiyada İran genetik üsulla klonlaşdırma üzrə tədqiqatlara başlayan ilk ölkələrdən biri idi. Türkiyə İranla bu sahədə rəqabət aparsa da, İran alimləri 2006-cı ildə Qərbi Asiyada ilk dəfə olaraq klonlaşdırılmış ilk məməli heyvan dünyaya gətirməyə müvəffəq oldular.

                                     Dünyada ilk dəfə onurğa beyni zədəsinin müalicəsi

Yəqin ki, spinal kordun kəsilməsi istilahını dəfələrlə eşitmişik. Əsrlər boyu onurğa beyninin hər hansı formada zədələnməsinin əsasən müalicəsi yox idi. Onurğa beyni hər hansı yerdən zədələnən hər kəs zədələnmiş yerdən aşağıda yerləşən bütün bədən üzvləri həmişəlik işdən düşürdü. Qədim zamanlardan həkimlər bu itkinin həll yolunun tapılması barədə düşünürdülər. Ana heceyrələr  vasitəsilə problemin həlli yeni bir üsuldur. İlk olaraq ruslar və sonra çinlilər bu sahədə sınaqlar keçirdilər, lakin heçbiri tam uğur qazana bilmədi. İran ilk ölkə idi ki, 1996-cı ildə Shuang hüceyrələrindən istifadə üsulunu onurğa beyni zədəsinin müalicəsi üçün həll yolu kimi ortaya qoydu.  Shuang hüceyrələri əsəb siseminin xüsusi hüceyrələrindən olub, sinirləri əhatə edir. İran 2000-ci ildən bu sahədə praktik layihəyə başladı. İlk sınaqlar heyvanlar üzərində aparıldı və nəhayətdə İran 2006-cı ildə bu xüsusi üsuldan onurğa beyni zədəsinin bərpası məqsədilə istifadə edilməsinixəstələr üzərində sınaqdan keçirməyə müvəffəq qoldu. Çin və Rusiya kimi ölkələr 2000-ci illərdə oxşar metodlardan istifadə etməyə nail oldular. Yaponiyada isə oxşar texnologiyalar hələ də heyvanlar üzərində sınaq mərhələsindədir.

                                         İran tarixində ən yaxşı idmançı

Güləşin İranda bir neçə əsrlik tarixi vardır. Bu idman növünün İranda inkişafı Nəsrəddin şahın hakimiyyəti dövrünə təsadüf efir. Sonralar Zorxanalardan əlavə bugünkü idman növlərinin də əsası qoyuldu. Sərbəst və klassik güləş üzrə təlimlərin keçirilməsinə İranda 1938-ci ildən başlandı. Güləşçilərdən ibarət ilk xarici komanda 1947-ci ildə İrana gəldi və İran güləşi ilk dəfə 1948-ci il olimpiadasında təmsil olundu. Ancaq İran idmanına şərəf gətirən güləş xüsusilə son illərdə ən yüksək nəticələr qazanmışdır. İranın güləş tarixində ən yaxşı güləşçi olan və 1985-ci ildə Rey şəhərində anadan olmuş Həmid Suriyan 59 kg çəki dərəcəsində indiyədək klassik güləş üzrə dünya çempionatlarında 6 qızıl medal qazanmış və 2012-ci il olimpiadasında da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. O İran tarixində 7 qızıl medal qazanmış ilk və yeganə idmançıdır.

                              Kəndlərdə ilk idman salonları

İnqilabdan əvvəl İranda kənd idmanı deyilən bir şey mövcud deyildi. Əlbəttə, təqribən yox kimi idi. Ölkədə mövcud olan bütün kəndlərdən yalnız 12-də idman meydançası var idi. O illərdə ölkə əhalisinin əksəriyyətinin kəndlərdə yaşadığını nəzərə alsaq, bu rəqəmin sıfırdan təqribən heç bir fərqi yoxdur. İdman salonları da 1979-cu ilədək yalnız 5 kənddə var idi. İslam İnqilabının qələbəsindən sonra İran tarixində ilk dəfə olaraq kəndlərə də kütləvi idman gəldi. 2016-cı ilədək idman meydançasına malik olan kəndlərin sayı 12-də 2200-ə çatdı. Həmçinin əvvəlki 5 kənd əvəzinə hazırda 400 kənddə idman salonları vardır. Bu o halda baş verir ki, inqilabdan sonrakı illərdə kənd əhalisinin sayında azalma müşahidə olunmaqdadır. Şəhər əhalisinin sayı isə artmışdır. Əlbəttə, şəhərlərdə də idman inkişaf etmişdir. İnqilabdan əvvəl hər bir iranlının payına düşən idman meydançası 2 sm2,  idisə, hazırda bu rəqəm 76 sm2  ə  çatmışdır. Lakin bu prosesdə ən çox udan kəndlər olmuşdur. Çünki onlar İran tarixində olk dəfə olaraq, idman meydançası və idman salonları gördülər.

                   İran tarixində olimpiadada qazanılmış ən çox saylı medal

İran olimpiya oyunlarında ilk dəfə 1891-cu ildə, yəni Qacarlar dövründə iştirak etməyə başlamışdır.  O zaman bir iranlı idmançı qılıncoynatma idman növündə Paris olimpiadasında iştirak etmişdi. O zamandan bu günədək, İran idmançılar 17 dəfə olimpiya oyunlarına getmişlər ki, bunlarda 8-i İslam İnqilabından sonrakı dövrə təsadüf edir. İnqilabdan əvvəl İranın olimpiaçıları bir olimpiya oyunlarında maksimum 7 medal qazanmışdılar. Ancaq İran idmançıları ən çox sayda olimpiya medalını 2012-ci ildə keçirilmiş London olimpiya oyunlarında əldə etdilər. 53 idmançı ilə bu olimpiya oyunlarında iştirak edən İran komandası 53 medal o cümlədən 5 qızıl, 6 gümüş və 3 ədəd bürünc medal qazanmışlar. Ümumilikdə İran idmançıları bu olimpiya oyunlarında 13 medal əldə etməklə dünyada 15-iv, kişilər arasında isə11-ci yeri tutmuşdularBu isə  inqilabdan əvvəl bir  bir olimpiya oyunlarında əldə edilmiş ən yaxşı nailiyyətdən iki dəfə artıqdır.

                          Döyüş idman növləri üzrə İranda ilk sıçrayış

Döyüş idman növləri və döyüş sənəti bir neçə yüzillik tarixə malikdir və başlanğıcını Şərq xalqlarının qədim ənənələrindən götürür. Döyüş idman növləri İranda inqilabdan qabaq o qədər də maraqla qarşlanmırdı. İnqilabdan sonra isə  bu idmanın müxtəlif növləri inkişaf etməyə başladı. Hazırda İran döyüş növlərində Rusiya, Çin, Fransa, Yaponiya, Ukrayna və İtaliyadan sonra dünyada 7-ci yeri tutur. Döyüş idman növlərindən bu yeni dövrdə ən çox uğur qazananı taekvandodur. İlk dəfə olaraq 2000-ci il  olimpiya oyunlarında İranın görkəmli taekvandoçusu Hadi Sai bürünc medal qazanmaqla döyüş idmanı sahəsində İrana ilk medalı qazandırdı. 2014-cü il Afina olimpiya oyunlarında isə Hadi Sai qızıl medal qazanmağa müvəffəq oldu və Yusif Kermi də həmin növ üzrə bürünc medal qazandı. Hadi Sai sonrakı Pekin olimpiya oyunlarında da ölkəsinə daha bir qızıl medal qazandırdıqdan sonra isə onun adı ölkəsinə şərəf gətirmiş idmançıların siyahısının başında dayandı və o, Olimpiya şərəfləri baxımından Hüseyn Rzazadəni və Qulamrza Təxtinı qabaqladı.

                     Beynəlxalq uşu oyunlaında Çini məğlub edən olk komanda

 Həmçinin Kunq-fu kimi də tanınan bu idman növü Çin döyüş idmanının və Şərq fəlsəfinin köklərinin qarışığından ibarətdir. Bu növ üzrə yarışlar iki sahə üzrə- “mübarizə” mənasını verən “sanda” və “formanın yerinə yetirilməsi” anlamına gələn “talo” üzrə keçirilir. İran ilk dəfə 2000-ci illərdənUşu yarışlarında iştirak etməyə başladı, lakin bu idman növünü yaradıcıları olan çinlilərlə çiyin-çiyinə irəlilədi. İki ildən bir müxtəlif ölkələrdə keçirilən Uşu üzrə dünya çempionatlarında İran idmançıları 35 qızıl, 19 gümüş və 20 bürünc medal qazanmaqla Çindən sonra dünyada 3-cü yeri tuturlar. Nəhayət, 2017-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən böyüklər arasında uşu üzrə 14-cü dünya çempionatında İran yeganə ölkə oldu ki, “mübarizə” mənasını verən “sanda” növündə daim uşu üzrə dünya çempionu adını qazanan və indiyədək keçirilmiş uşu üzrə 13 dünya çempionatının hamısında qalib gəlmiş Çin komandasını məğlub etməyə müvəffəq oldu. İranın sanda üzrə milli komandası 7 qızıl və 1 gümüş medalla dünya tarixində ilk dəfə 1-ci yeri tutdu, Çin isə 2-ci yerlə kifayətlənməli oldu.

                             İran voleybolunun ilk fərəhli nəticələri

1957-ci ildə o zamanadək bir yerdə olan voleybol və basketbol federasuyaları bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərməyə başladılar. Voleybolla tanışlıq ikinci dünya müharibəsi və İranın müttəfiqlər tərəfindən işğalı dövrünə təsadüf edirdi. Bu zaman hətta Ənzəlidə Sovet İttifaqının komandası ilə bir yoldaşlıq görüşü də keçirilmiş və bu oyunda İran qalib gəlmişdi. İranda voleybol oyununun qaydalar barədə ilk kitab  1954-cü ildə yazıldı. İran Asiya oyunlarında da iştirak etdi. Lakib heç zaman son illərdə qazanılmış və ölkəyə şərəf gətirən nəticələr əldə edə bilmədi. 2008-ci ildə İran voleybolçusu Behnam Mahmudi Asiya çempionatında ən yaxşı oyunçu seçildi. 1389-cu il Asiya Konfederasiya kubokunda isə İran ilk dəfə olaraq çempion adını qazandı. 2011-ci ildə və sonra 2013-cü ildə  Asiya çempionatlarında İran iki dəfə dalbadal Asiya çempionu adını qazandı. Çox güclü rəqiblərin olduğuna baxmayaraq, İran 2014-cü ildə ilk dəfə voleybol üzrə Dünya Kubokuna vəsiqə qazandı və elə  Dünya Kubokunda dördüncü yerə çıxdımağa müvəffəq oldu. Son illərdə İran kişilər arasında dünyadadaim ilk 10 komanda sırasında yer alır. Bundan başqa, İran kişilər arasında bu idman növündə Asiya qitəsinin ən güclü komandası hesab edilir.

                          Raketlər sahəsində regionda və İslam dünyasında ən  güclü

İranın qədim qonşularından Osmanlı İmperarorluğu və bəzi masəlman sultanlıqlarıraketlərin ilk nüsxələrini yaratmışdılar. Lakin Qacar və Pəhləvi padşahları heç zaman raket yaratmaq gücünə sahib deyildilər. Pəhləvi zamanında İran raket yaratmaq istiqamətində “Şükufə Proyekti” adı ilə tanınmış bir cəhdgəstərdi ki, bu işğalçı Qüds rejimi ilə əməkdaşlıq şəraitində həyata keçirilirdi. Ancaq bu proyekt çox böyük vəsaitlər xərclənməsinə baxmayaraq, bir nəticə vermədi. İnqilabdan sonra Həsən Tehrani Moqəddəmin səyləri ilə İran ilk dəfəolaraq raket istehsal edən ölkələr sırasına qoşuldu. Dünyanın 5 ən qüdrətli raket dövlətləri Rusiya. Amerika, Çin, Fransa və İngiltərədir. Dünyanın elə bir nötəsi yoxdur ki, bu ölkələrin raketlərinin təsir dairəsindən kənarda qalsın. İran 2015-ci ildə ilk dəfə olaraq öz ballistik raketini sınqdan çıxardı. Qeyd etmək lazımdır ki, “Emad” adlı uçuş radiusu 2500 km olan bu raket hədəfə çatana qədər uzaqdan idarə olunan sistemə malikdir və Rusiyadan Avropanın şərqinə, Çinin qərbi, Hindistanın böyük bir hissəsi və Afrika qitəsinin şimal-şərqinə qədər geniş bir ərazini asanlıqla hədəfə ala bilər.

                       Sualtı qayıqlar sahəsində regionda və İslam dünyasında ən  güclü

Pəhləvi zamanında İran nəinki sualtı qayıqların tikintisi texnologiyasna malik deyildi, əksinə orduya lazım olan bütün silahları alıb gətirən Məhənədrza şah hətta  sualtı qayıqlar almağa belə heç bir maraq göstərmirdi. İran tarixində ilk sualtı qayıq Şahın 1976-cı ildə aldığı qayıq olmuşdur. Bu, “Kuse” adlı ikinci dərəcəli, çox köhnə olub iki onillik əvvələ aid olan bir sualtı qayıq idi. Amerikada onun xidmət müddəti başa çatmışdı. İrana gətirildikdən sonra bu  ikinci dərəcəli sualtı qayığın yenidən qurulmasını da elə  amerikalılar yerinə yetirirdilər. Lakin müharibədən sonrakı illərdə İran ilk dəfə sualtı qayıq yaratmağa müvəffəq oldu. “Qədir” klasından olan bu sualtı qayıq 2006-cı ildə iranlı mütəxəssislər tərəfindən yaradıldı və xüsusi olaraq Fars körfəzində və Oman dənizində əməliyyat aparmaq üçün düşünülmüşdü. Hazırda İran sualtı qayıqların sayı və su səthinin altından hücuna keçmək qabiliyyəti baxımından regionun və İslam dünyasının ən qüdrətli ölkəsidir. Dünyada isə İran Şimali Koreya, Çin, Amerika və Rusiyadan sonra 5-ci yerdədir.

                               İranın ilk qırıcı təyyarəsi

Qırıcı təyyarələr sənayesi ikinci dünya müharibəsindən bu yana məhdud sayda ölkənin:Amerika, Rusiya, İngiltərə, Fransa və İsveçin inhisarında idi. Iran inqilabdan əvvəl müntəzəm olaraq  qırıcı təyyarələri Amerikadan alırdı. O dövrdə ölkə daxilində yerli qırıcı təyyarələrin istehsalı üçün heç bir plan və layihə yox idi. Bu hələ harasıdır, hətta bu təyyarələrin saxlanması da amerikalı müşavirlər olmadan mümkün deyildi. Tamamilə yerli olan qırıcı təyyarənin sənaye üsulu ilə istehsalı isə çox mürəkkəbbir işdir, belə ki, ölkələr onu asanlıqla əldəedə bilmirlər. Ancaq İran nəhayət 2018-ci ilin iyul ayında müxtəlif nümunələr üzərində çoxlu məşqlərdən sonra əməliyyat qabiliyyətli qırıcı təyyarə yaratmağa nail oldu. Bu qırıcı “Kousər” adlandırıldı. İki modeldə: bir kabinəli və iki kabinəli istehsal olunur, təlim məqsədləri ilə də istifadə edilə bilər. Tam rəqəmsal texnologiyalara əsaslanan yeni atəş idarəetmə sistemi və çox məqsədli radarla təchiz edilmişdir və öz parametrləri ilə İranı azsaylı qırıcı təyyarələr istehsal edən ölkələr klubuna üzv etmişdir.

                               İlk İran torpedosu

Dünyadakı hərbi dəniz qüvvələri sualtı qayıqları məhv etmək üçün su səthinin altı ilə hərəkət edə bilən raketlərdən istifadə edirlər. Belə raketə bir istilah kimi “torpedo” deyirlər. Adətən su torpedonun hərəkətinə müqavimət göstərdiyinə görə dünyadakı torpedoların sürəti saniyədə 25-30 metrdir. Barmaqla sayılan qədər ölkə torpedo istehsalı texnologiyasına sahibdirlər. Torpedo istehsal edən ölkələr klubunun cəmi 11 üzvü vardır. Amerika, Rusiya, Çin, İngiltərə, Fransa, Hindistan, cənubi Koreya, A lmaniya, Yaponiya, İtaliya və İsveç. Lakin bu klub 1385-ci ildən bu yana özünün 12-ci üzvünü də tapmışdır. İran öz tarixində ilk dəfə 1385-ci ildə “Hut” adı ilə ağır sualtı torpedo yaratmağa müvəffəq oldu. İranlı mühəndislər bu torpedonu elə düzəltdilər ki, suyun altında hərəkət edərkən öz ətrafında su qabarcıqları yaradır, sanki havada hərəkət edir. Nəticədə “Hut” torpedosu suyun altında dünyadakı digər torpedolardan dörd qat artıq sürətlə hərəkət edir və bu üzdən dünyada ən sürətli torpedo hesab olunur.

                            Şəkər istehsal sahəsində ilk özünü təmin etmə

Qədim İranda qənd və şəkər ölkənin daxilində istehsal olunurdu. Lakin Qacarlar dövründən bu yana qədim qənd və şəkər modeli sıradan çıxdı və onun yerini əsasən rusiyadan gətirilən bugünkü yeni şəkər tutdu. Müzəffərəddin şah zamanında Rusiya və Yaponiya arasında müharibə baş verəndə, ölkə daxilində qənd bahalaşdı və Məşrutə inqilabının işartıları göründü. Şəkər o qədər mühüm bir məhsul oldu ki, Pəhləvi dövrünün əvvəlindən onun ölkəyə idxal edilməsi dpvlətin əlində idi. İnqilabdan sonra ölkə rəhbərləri əsas kənd təsərrüfatı məhsuları sahəsində  özünü təmin etmə kursu götürdülər ki, şəkər də bu məhsuların sırasında idi. 05dekabr2017-ci ildə nəhayət, ölkə rəhbərləri şəkər idxalının qadağan edildiyi barədə xəbər verdilər. Ölkədə şəkər anbarlarında o qədər şəkər var idi ki, daha onu idxal etməyə ehtiyac yox idi. Yeni şəkər İranda tanıdılandan 120 il sonra, bu ilk dəfə idi ki, İran daxili istehsal ilə bu məhsula olan tələbatı tamamilə ödədi.

                                      İranda ilk uran mədəni

İranda atom sahəsində sülh məqsədli fəaliyyətlər 1957-ci ildə başlamışdı. Amerikalılar İrana zənginləşdirilmiş uran verirdilər. İran ilə Amerika arasındaki münasibətlər buna gətirib çıxarmışdı ki, Uran ölkəyə daim xaricdən özü də ki, xam şəkildə yox, zənginləşdirilmiş və hazır şəkildə gətirilirdi. Bu üzdən də uranın zənginləşdirilməsi texnologiyası da ölkədə yox idi. İnqilabdan sonra ölkə rəhbərləri İranın nüvə sahəsində gələcəyində özünü təmin etməyə nail olmağ qarşıya məqsəd qoydular. Ölkə boyu uran yataqlarının axtarışı nəhayət gözəl nəticə verdi. 1989-cu ildə elan edildi ki, Yəzdin Sağənd rayonunda 3 min ton uran ehtihatı olan yataq kəşf edilmişdir. 1994-cü ildə Sağənd rayonunda layihələndirmə və kəşfiyyat işlərinə başlandı və nəhayət, 1388-ci ildə mədən istifadəyə verildi. Bu, İranda istifadəyə verilən ilk uran filizi mədəni idi. O zamandan İranın daha öz ehtiyaclarını ödəmək üçün xaricdən uran yanacağı idxal eləməsinə ehtiyac qalmadı.

                      İnsan inkişafı sahəsində dünyada birinci ölkə

İnsan inkişafı elə bir göstəricidir ki, savd, orta ömür müddəti, səhiyyə sistemi,müalicə və ailələrin gəlirlərinin artım dərəcəsi kimi komponentlərin ölçülməsi  yolu ilə hesablanır. İnqilabın ilk vaxtlarında İranın vəziiyyəti o qədər də yaxşı deyildi. 1979-cu ildə ölkə əhalisinin orta ömür müddəti cəmi 54 il idi. Sonrakı ildən insan inkişafı göstəricisinin artım prosesi başlandı. İctimai sığorta, savadlıların sayının 41 %-dən 85 %-ə yüksəlməsi, orta ömür müddətinin 54 ildən 75 ilə çatdırılması, və başqa komponentlər İranı tarixdə ilk dəfə olaraq son 40 ildə insan inkişafı göstəricisinin artım dərəcəsi baxımından dünyanın ən qabaqcıl ölkəsinə çevirmişdir. Bu göstəricinin artımının dünya üzrə orta həddi 0,69 -0,73% arasında idi, İranda isə bu rəqm hər il 1,6%  yəni dünya üzrə orta göstəricidən iki dəfə artıq olmuşdur.

 

                   Qadınlar arasında komanda yarışlarında ilk qızıl medal

İranlı qadınların Asiya oyunlarında iştirakı 1958-ci ilə təsadüf edir ki, orada onla rheç bir medal qazana bilməmişdilər. Asiya oyunlarında iranlı qadınların ilk medalı voleybol idman növündə 1965-ci ildə qazanıldı. Onlar nəhayət inqilabdan əvvəlki bütün dövr ərzində bir dəfə fərdi idman növündə- qılıncoynatma yarışlarında qızıl medal qazanmağa müvəffəq oldular. Lakin İran qadınlarının ən çoxsaylı medalları inqilabdan sonra keçirilən Asiya oyunlarında qazanıldı. Onlar 2018-ci ildə İndoneziyada keçirilən Asiya oyunlarında ilk dəfə olaraq 16 medal qazandılar ki, bu oyunların tarixində qadınların yarışlarında görünməmiş bir nəticə idi. Lakin elə həmin il və həmin yarışlarda iranlı qadınlar ölkə tarixində ilk dəfə bir komanda idman növündə qızı medal  qazanmağa müvəffəq oldular və kəbəddi yarışlarında Hindistan komandasını məğlub edən ilk Asiya komandası oldular. 

                           Qadınlar arasında ilk olimpia medalı

İranlı qadınların dünya olimpia oyunlarında ilk iştirakı 1963-ci ilə təsadüf edir.o zaman 4 iranlı qadın handürlüyə tullanma, disk tullama,100 metr məsafəyə qaçış və gimnastika yarışlarında iştirak etdilər. Lakin onlar bu olimpia oyunlarında heç bir medal qazana bilmədilər. Bu proses iranlıların iştirak etdiyi bütün olimpia oyunlarında  təkrar olunurdu və iranlı qadınlar olimpia oyunlarında medal qazana bilmirdilər. Ancaq 2016-cı ildə onların iştirak etdiyi olimpia oyunları tarixində ilk dəfə iranlı taekvandoçu Kimya Əlizadə 57 kg çəki dərəcəsində olimpiadanın bürünc medalını qazana bildi. Bu hadisə plkə daxilində və hətta xaricində də bir çox reaksiyalara səbəb oldu. Cəmi 18 yaşı olan bu idmançı həmçinin bütün olimpia oyunları tarixində ən gənc medal qazanmış iranlı idmançı hesab olunur.

                             Dünyada elmin inkişafı üzrə lider

2 may 2018-ci il tarixdə İsrailin “Haarets” qəzeti Netanyahunun İranın atom sahəsindəki rəqabətdə ölkəsini qabaqlamasını arzu etmədiyini vurğulayaraq,  bildirmişdi: “Lakin İran elm sahəsində İsraili qabaqlayaraq çox irəli getmişdir. Keçən iki onillik ərzində İran elm sahəsində böyük dövlətə çevrilmək üçün çox səy göstərmişdir və hazırda İsraili çox-çox geridə qoymuşdur”. Bu məlumata görə, ondan qabaqkı illərdə işğalçı Qüds rejimi regionda elm sahəsində lider ölkə idi, ancaq hazırda ilk dəfədir ki, İran bu sahədə regionun ən qabaqcıl ölkəsinə çevrilmişdir. Dünya miqyasında da ilk dəfə olaraq İran 1995-cü ildən bugünədək elmi inkişafın həcminə görə dünyada birinci yerə çıxmışdır. Hazırda İranda elmin inkişafı dərəcəsi dünya üzrə ora göstəricidən 11 dəfə artıqdır.

                                        İlk “Fields  medal” qazandı

1953-cü ildən başlayaraq hər dörd ildə bir dəfə 40 yaşdan aşağı olan gənc riyaziyyatçılara “Fields  medal” adlanan bir mükafat verilir. Bu mükafat yalnız o kəslərə verilir ki, 40 yaşına çatmamış riyaziyyat sahəsində mühüm bir kəşf eləmiş olsun. Bu medal riyazi forumarda riyaziyyat üzrə Nobel mükafatı və əslində bu elm üzrə ən mötəbər mükafat hesab olunur. İran tarixində ilk dəfə İranlı görkəmli riyaziyyatçı Məryəm Mirzəxani bu mükafatı almağa müvəffəq oldu. Mirzəxani Tehrandakı Təhsildə parlaq istedadlar Başİdarəsinin nəzarəti altında olan Fərzaneqan orta məktəbini bitirmişdi. O bir ölkənin ilk riyaziyyat olimpiadasının qızıl medalını almağa nail olan ilk qız idi. O həmçinin iki il dalbadal dünya riyaziyyat üzrə Honq-konq və Kanada olimpiadalarının qızıl medalını ölkəyə gətirən ilk iranlı idi. O, Şərif sənaye universitetində də bir riyazi teorem üçün çox sadə bir həll yolu kəşf etməyə müvəffəq oldu ki, xarici jurnallarda çap edilmişdi. O daha sonra mötəbər Harvard universitetinə getdi və nəhayət, 2014-cü ildə Filds mükafatını qazandı.

                         Canlı varlığın ilk dəfə kosmik fəzaya göndrilməsi

Canlı varlığın kosmik fəzaya göndərilməsi ölkələrin kosmik texnologiyalarının başlanğıc hissəsi olub, gələcəkdə pilotlu uçuşlar həyata keçirmək üçün hazırlıq mərhələsi rolunu oynayır. Meyvə ağcaqanadları 1947-ci ildə ilk dəfə amerikalılaq tərəfindən müvəffəqiyyətlə kosmosa göndərildi. Ilk meymun da elə bu ölkə tərəfindən 1949-cu ildə kosmik fəzaya göndərildi ki, uğursuzluqla nəticələndi. Ruslar 1951-ci ildə ilk dəfə olaraq bir iti fəzaya göndərməyi bacardılar. Bu, mürəkkəb bir canlı varlığın fəzaya göndərilməsi ilk təcrübə idi və uğurla həyata keçirildi. Fransızlar da ilk dəfə olaraq 1963-cü ildə kosmik fəzaya bir pişik göndərdilər. 1964-cü ildə də çinlilər kosmosa siçan göndərdilər. 1967-ci ildə Argentina da bir siçanı kozmik raketəmindirdi, lakin bu raket kosmosun sərhəddi hesab olunan 100 kilometrlik msafəyə çata bilmədi. Yaponlar 1990-cı ildə bir ağac qurbağasını kosmik fəzaya göndərdilər. Əgər argentinalıların uğursuz cəhdini nəzərə almasaq, əslində İran Amerika, Rusiya, Fransa. Çin və Yaponiyadan sonra altıncı ölkə oldu ki, bir siçan, iki tısbağa və bir neçə qurdu kosmik gəmiyə mindirərək 03fevral2009-cu ildə kosmik fəzaya göndərdi və canlı halda yenidən yerə qaytara bildi.

                               Qazla işləyən ilk avtomobillər

Məscidi-Süleyman məntəqəsində ilk neft yatağı kəşf edilən Hicri-şəmsi təqvimi ilə 1908-ci ildən neft ilə yanaşı qaz da tapıldı,lakin çıxan qaz yandırlırdı. İranlılar ilk dəfə 1965-ci ildə qazdan istifadə etmək fikrinə düşdülər və Şirazdakı kimyəvi gübrələr zavodunu qidalandırmaq üçün Gəçsarandan Şiraza təbii qaz xətti çəkildi. Avtomobil istehsalı da elə həmin zamandan başlandı. Lakin bu avtomobillər benzinlə işləyirdi. Halbuki qazla işləyən mühərriklər artıq 1931-ci ildən İngiltərə,Fransa və İtaliyada var idi. İranın iqlim xüsusiyyətini nəzərə alanda geniş qaz ehtiyatlarından istifadə benzinə nisbətən çox ucuz başa gələrdi. Həm də benzin ətraf mühit üçün də daha zərərli idi. Qərblilər neft böhranından sonra və yəni dünyada neftin qiyməti kəskin bahalaşandan sonra qazla işləyən mühərriklərə daha ciddi yanaşmağa başladılar. Ancaq İranın tarixində ilk dəfə İran avtomobillərinin mühərriklərinin qazla işləmə rejiminə keşirilməsi1991-ci ildən geniş vüsət aldı və təbi qaz yanacağı satışı üzrə ilk məntəqə 1995-ci ildə təsis olundu. O zamandan başlayaraq İran öz tarixindəilk dəfə olaraq qazla işləyən mühərriklərdən geniş istifadəyə başladı. Nəticədə 2001-ci ildə İranda 2 milyon 860 min qazla işləyən avtomobil vardı ki, buhuhla iran bu baxımdan dünyada birinci yeri tutdu.

                              Kənd yerlərinə ilk dəfə qaz çəkilişi

 İran Rusiyadan sonra dünyada 2-ci təbii qaz ehtiyatlarına malikdir ki, bu dünya üzrə təbii qaz ehtiyatlarının 16%-ni təşkil edir. Qaz İranda ilk dəfə 11908-ci ildə neft ilə birlikdə kəşf edildi. Lakin ondan istifadə ilk dəfə 1965-ci ildə həyata keçirildi. Elə həmin ildə ilk dəfə olaraq o zamankı Sovet İttifaqının köməyi ilə İranda millin qaz şirkəti təsis olundu. Bununla belə, inqilab zamanına qədər dövlət şəhərlərdə qazdan istifadəni genişləndirmək üçün heç bir tədbir görmədi və əhalinin əksər hissəsi evlərində neftdən və neft lampalarından səmərəli istifadə edirdi. İnqilab zamanında ölkənin cəmi 5 şəhərində 50 mindən az miqdarda evin təbii qazdan istifadə imkanı var idi. Lakin bütün ölkə boyu yalnız bircə kəndə qazborusu çəkilmişdi. İnqilabdan sonrakı illərdə qaz təchizatı ölkənin enerji sahəsi rəhbərlərinin priorinenlərinin başında durdu. Qazdan istifadə etmək imkanıolanların sayı 50 min nəfərdən artaraq 14 milyon nəfərə çatdı, yəni 280 dəfə artdı. İran tarixində ilk dəfə olaraq kəndlərin də qaz təchizatına başlandı və hazırda 10 mindən çox kənd qaz ilə təmin olunmuşdur. İran qaz mənbələrindən istifadə baxımından da dünyada Amerika və Rusiyadan sonra dünyada 3-cü yerə çıxmışdır. Qatar, Kanada,Çin, Norveç dəbu siyahıda İrandan sonrakı yerləri tuturlar.

                                Enerji sektorunun inkişafı 

Ölkələrdə enerji sektorunun inkişafının göstəricisi üç mühüm elementi özündə ehtiva edın bir göstəricidir:  ilk öncə, hər bir ölkədə enerji sərfiyyatının orta həddi nə qədərdir. Ikincisi, hər hansı ölkədə yeni enerji növlərinidən istifadə miqyası nə qədər genişdir. Üçüncüsü isə əhalinin elektrik enerjisindən istifadə imkanı nə qədərdir. Bu göstərici Beynəlxalq Enerji Agentliyi tərəfindən hesablanır. Bu Agentliyin 30 əsas üzvü vardır və qərargahıParis şəhərində yerləşir. Lakin İran onun üzvlərindən deyildir. Bununla belə, bu Agentliyin hesablamalarına görə, İran 2011-ci ildə enerji sektorunun inkişafının göstəricisi baxımından dünyada ikinci yeri tutmağa müvəffəq olmuşdur. Elektrik enerjisi təchizatı faktoru bu statistikada olduqca böyük əhəmiyyət daşıyır.  İnqilabdan əvvəl bütün ölkədə yalnız 4350 kənd elektrik enerjisi ilə təmin olunmuşdu. İnqilabdan sonra isə ölkə tarixində ilk dəfə olaraq 52 min 520 kənddə yaşayan əhalisinin 99 %-i  elektrik enerjisi ilə təmin olunmuşdur. Şəhərlərdə də ilk dəfə olaraq  enerji təchizatı 100%-ə çatdırılmişdır.

                                Robot texnikasısahəsində ilk nailiyyət

1948-ci ildə ilk dəfə Norbert Viner adlı bir alim tərəfindən Robot elminin əsasları qoyuldu. İlk robot da 1961-ci ildə Amerikada yaradıldı və zavodda quraşdırıldı. İnsana bənzəyən ilk robot isə 1967-ci ildə yaponlar tərəfindən düzəldildi. İrana isə robot sahəsində biliklər ilk dəfə inqilabdan sonra gəlib çatdı. Robot texnikası sahəsində mühəndislik ilk dəfə 2002-ci ildə təsis edildi. Bu günədək İranda “robocup” yarışları dünya səviyyəli yarışlarda iştirak etmək üçün iranlı robot komandalarını gücləndirmək məqsədilə İranda keçirilən “robocup” yarışlarının 13 mərhələsi baş tutubdur.  2017-ci ildə iştirak edən komandaların sayı 80-dan 478-ə çatmışdır. Qəzvin Azad Universiteti Robot texnologiyaları sahəsində irəlidə gedir.Bu universitet dünya üzrə robot yarışlarında  aşağıdakı uğurlara imza atmışdır:  2012-ci ildə Meksikada “İmdadgər” robotu 1-ci yeri, 2013-cü ildə dünyanı simulyasiya edən robot 1-ci yeri və2014-cü ildə Braziliyada keçirilmiş belə yarışlarda yenə simulyasiya edən robot 1-ci yeri tutmuşdur.

                                              Nanotexnologiyalar

Nano biliklər ilk dəfə 1959-ci ildə Amerikalı fizik Riçard Faynmenin məruzəsindən sonra layihələndirildi. “Nanotexnologiya” istilahı Yaponiyada texnologiyaların ən kiçik hissəciklər üzərində  işləyən sahəsini ifadə etmək üçün işlədildi. Nano biliklər sahəsində ilk layihə 1991-ci ildə Amerikada molekulyar maşınlar sahəsində yazıldı. Bu tarixdən düz 10 il sonra 5-6mart2012-ci ildə Tehranda nanotexnologiyalar üzrə ilk milli forum keçirildi ki, bu forum ölkənin bu sahəyə diqqət ayırmasının rəsmi başlanğıcı oldu. 2003-cü ildə nanotexnologiyalar üzrə xüsusi qərargah yaradıldı və ilk dəfə olaraq ölkədə nanotexnologiyalar üzrə biliklər yarandı. O zamandan 2017-ci ilədək İran nano sahəsində həyata keçirilmiş tədqiqatlar üzrə dünyada 4-cü və İslam dqnyasında 1-ci yerə çıxmışdır. Bu, ölkənin müxtəlif dövrlər ərzində ən yüksək elmi rütbəyə çatdığı ilk nümunə idi.

                                        Astma xəstəliyinin müalicəsi

Dünyada insanların 4%-dən çox hissəsi astma xəstəliyindən əziyyət çəkir. 2010-cu ildə Amerikanın Qida və dərman preparatları İdarəsi astma xəstəliyinin “termoplastik” adlı yeni növ  müalicə üsulunu təsdiq etdi. Bir qeyri-dərman müalicəsi olan termoplastik metod zamanı xəstəliyindən əziyyət çəkən xəstələrinintənəffüs əzələləri istiliyin köməyi ilə dəyişikliyə məruz qalır, nəticədə nəfəs almaq və hava çəkmək yolları genişlənir. Lakin bu müalicə üsülu üçün zəruri olan ixtisas dərəcəsi ola bilər ki, dünyanın hər nöqtəsində mümkün olmasın. Termoplastika metodu astma xəstəliyini qəti müalicəsi olub, ilk dəfə 16yanvar2017-ci ildə ölkənin aparıcı ağ ciyər mütəxəssislərinin iştirakı ilə “Məsih-e Daneşvəri” xəstəxanasında uğurla həyata keçirildi. Bu, astma xəstəliyinin qəti müalicəsi üzrə ölkədə atılan ilk addım idi.

                                               Müalicəvi turizm

İran inqilabından əvvəl İran heç bir ölkənin müalicə üçün nəzərdə tutuduğu (gəldiyi) ölkə deyildi. Halbuki müalicəvi turizm dünya turizminin çox mühüm sahələrindən biri idi. İlk dəfə olaraq inqilabdan sonra ölkə rəhbərləri İran həkimlərinin yüksək məharətini və ölkədə tibb sahəsindəki inkişafı nəzərə alaraq İranı islam ölkələrinin müalicə yerinə çevirməyi qərara aldılar. Bu proyekt 2003-cü ildən başlandı, ancaq bu sahədəki rəqabət o qədər mürəkkəb idi ki, 2012-ci ilədək yalnız 30 min nəfər müalicə məqsədilə İrana turist səfərlərinə gəlirdilər. Lakin ölkədə tibb sahəsində biliklərin inkişafınəhayət ilk dəfə olaraq ölkəyə gələn turistlərin sayını 200 min nəfərə çatmasına gətirib çıxardı. Hazırda yaxın gələcəkdə bu rəqəmin ildə bir milyon nəfərə çatacağı gəzlənilir ki, bu da ölkəyə 7 milyard dollar gəlir gətirəcəkdir. 

                                                    İlk polad ixracı

Qərb ölkələri şaha polad zavodu tikməyə icazə vermirdilər və deyirdilər ki. İranın polad istehsal etməyə ehtiyacı yoxdur, nə vaxt istəsə, polad idxal edə bilir. Nəhayətdə, qərblilərin istəmədiyinə baxmayaraq, Sovetlər İttifaqı İranda ilk polad istehsalı zavodunu tikdi, lakin o da nəzərdə tutulduğu qədər məhsul vermirdi. Polad istehsalı inqilabdan sonra artmağa başladı. Buna baxmayaraq İranın daim polad idxal etməyə etiyacı var idi. Həmişə idxal etdiyi poladın həcmi ixrac etdiyindən çox idi. İlk dəfə olaraq 2016-cı ildə nəhayət, bu sahədəki ixracat idxalatı üstələdi. O da bu səbədən oldi ki, 2016-cı ildə polad istehsalının həcmi16.5 milyon tona çatmışdı. Bu o halda baş vermişdir ki, İran 2025-ci ildə bu sahədə  sıçrayış edərək istehsalın həcmini 18 milyon tona şatdırmaq niyyətindədir.

                                              Ölkənin ilk elektromobili

Elektromobil avtomobili hərəkətə gətirmək üçün daxili yanma mühərrikinin əvəzinə elektrik batareyasından istifadə edilən avtomobildir. İlk elektromobiliin istehsalının tarixi 19-cu  əsrə gedib çıxır. 2008-ci ildən dünyada batareya texnologiyalarının inkişafı və parnik qazlarının artımından irəli gələn narahatlıq sənaye miqyasında dünya səviyyəsində elektromobillər istehsalına başlandı. İranda ilk dəfə olaraq 2014-cü ildə ilk mərhələdə ikili funksiyalı yəni həm qaz, həm də benzinlə işləyən avtomobil in açılışı oldu. Tam elektrik enrjisi ilə işləyən avtomobilin istehsalı isə 2017-cı ildə nümayiş etdirildi. Bu, həm ölkənin avtomobil  sənayesinin, həm də elektromobil istehsalı ilə bağlı texnologiyalar sahəsində nəhəng bir addım hesab olunur.

                           20 yaşa qədər şahmatçılar arasında ilk dünya çempionu

20 yaşa qədər şahmatçılar arasında keşirilən yarışlar tamamilə başqa bir şahmat liqasıdır və yeniyetmələr və uşaqların iştirakı ilə keçirilir. Bu yarışların ilk dövrəsi 1951-cu ildə İngiltərədə keçirilmişdi. Bu çempionatların dünya miqyasında və iki qrupda yəni qızlar və oğlanlar arasında keçirildiyi 67 il ərzində müvafiq oalraq ruslar, çinlilər və hindistanlılar dah çox sayda medal qazanmışlar. Lakin İran bu çempionatlarda pay sahibi deyildi. Ölkədə çoxlu sayda istedadlı şahmatçılar olduğuna baxmayaraq, dünya çempionatlarında ilk qələbə 2018-ci ildə 20 yaşa qədər şahmatçılar arasında keşirilən yarışlar əldə olundu. 17 yaşlı iranlı yeniyetmə Pərham Məqsudlu bir məğlubiyyət, bir heç-heçə və 9 qələbə ilə nəhayət İranın tarixində ilk dəfə olaraq ölkəmiz üçün 20 yaşa qədər şahmatçılar arasında dünya çempionu adını qazandı. Dünya reytinqində də Məqsudlu 2690 balla dünyanın 100 ən güclü  şahmatçısı arasında yer alan ilk İran oldu.

                                Milli istehsal olan ilk qırıcı vertolyot

Amerika 1971 ci ildə ilk dəfə olaraq “Kobra” adlı fərqli bir döyüş vertolyotu istehsal etmişdi ki, bu, qırıcı vertolyotlar sənayeaində təkamül idi. İran “Kobra”-nın ilk alıcılarından biri idi ki, 1972-ci ildə onları satın aldı və müqəddəs müharibə başlayanadək İran yeganə ölkə idi ki, Amerika ilə birlikdə irəli getmiş vertolyotlara sahib idi. Sanksiyalar tətbiq edildikdən sonra amerikalılardaha “Kobra”-nın hətta ehtiyat hissələrini də İrana satmaq istəmədilər. Ancaq iranlılar özləri “Kobra”-ya oxşayan bir vertolyot yaratmaq üçün çalışmalara başladılar. Lakin bu vertolyot daha da müasir olmalı idi. İlk model 2010-cu ildə yaradıldı və nəhayət 2012-ci ilin qışında “Tufan 2” adı ilə əsas model nümayiş etdirildi. “Tufan 2” vertolyotu “Kobra”-nın imkanlarından əlavə, yeni texniki xüsusiyyətlərə də malik idi ki, bu, onu daha üstün döyüş vasıtəsinə çevirmişdi. Belə ki, üst ekran, infraqırmızı durbin, qabaqcıl atəş sistemləri və bir çox xırda texniki məsələlər “Tufan 2” vertolyotunu düşmən üçün ölümsaçan bir təhdidə çevirmişdi. Bu, İran tarixində ilk dəfədir ki, yerli mütəxəssislər tamamilə yerli bir qırıcı vertolyot layihələndirərək  istehsal etmişlər.

                                               İlk İran lokomotivi

İranda ilk dəmir yolu Nəsrəddin şah zamanında təsis edilmişdir. O zaman Tehranla Şah Əbdüləzim arasında 8700 metr uzunluğunda bir tramvay xətti çəkilmişdi. Lakin bu dəmir yolunun və onun üzərində hərəkət edən qatarın texnologiyası fransızların və belçikalıların əlində idi. Sonralar ruslar da qatar sənayesi vasitəsilə İrana daxil oldular. Rza şah zamanında da İranın qatarlarını almanlar və ingilislər istehsal edirdilər. Bütün Pəhləvi hakimiyyəti dövründə İran qatar mühərrikləri və lokomotiv yaratmaq istiqamətində heç bir addım atmadı. Elə buna görə idi ki, hətta inqilabdan sonra, yəni müharibə illəri ərzində və ondan sonrakı illərdə də İran bir müddət xaricdən gətirilən  lokomotivlərə bel bağlayırdı. İlkin araşdırmalardan sonra 2008-ci ilin noyabr ayından Əlborz vilayətində 16 ha –lıq bir ərazidə zavod tikilməsinə başlandı. Sınaq məqsədli istehsal 2011-ci ilin iyun ayında baş tutdu.vənəhayət, 2012-ci ilin fevral ayında yəni İrana ilk qatarın  gəlməsindən 130 il sonra ilk yerli lokomotiv istehsal xətti ildə 600 mühərrik istehsal gücü ilə işə salındı. Bundan qabaq dünyada olan 195 ölkədən yalnız 39-u lokomotiv istehsal etməyə qadir idilər ki, əsas istehsal gücü Amerika,Almaniya, İngiltərə, Fransa, Polşa,İtaliya, Kanada və İspaniyanın əlində cəmlənmişdi. Lakin hazırda İran da öz tarixind ilk dəfə olaraq qatar mühərriki və lokomotiv istehsal edən ölkəyə çevrilmişdir.

                                               İlk İran radarı

Dünyanın yalnız 11 ölkəsi avropa Birliyi ilə yanaşı hərbi və qeri-hərbi radarlara malikdirlər. İran öz tarixi ərzində heç zaman radar istehsal edən ölkə olmamışdır. Pəhləvi dövründə müxtəlif məqsədlər üçün olan radarları xaricdən gətirirdi. İnqilabdan sonra iranlı mütəxəssislər 1998-ci ildə ilk yerli istehsal olan radarı yaratdılar və beləliklə də İran azsaylı radar istehsal edən ölkələrin sırasına qoşuldu. Bu radarın fəaliyyət radiusu 450 km idi. Bundan sonra iranlı alimlər hava sərnişin tipli radardan tutmuş hava hücumundan müdafiə və hətta kosmikobyektlərinin müəyyənləşdirilməsinə qədər 40 növ müxtəlif radarlar istehsal etmişlər. Hətta ağıllı qanadlı raketləri tanımağa qadir olan üçölçülü İran radarı da 27 noyabr 2013-cü ildə hərbi dəniz qüvvləri tərəfindən yaradıldı. 31 oktyabr2013-cü ildə Şərif universitetinin alimləri dünyanın radar layihələndirici və istehsal edən şirkətləri ilə elmi mübadilə məqsədilə radar sahəsində Orta Şərqdə ən böyük beynəlxalq seminar təşkil etmişdir. Və nəhayət, 06 noyabr2016-cı ildə SAR adlı dünyanın ən qabaqcəıl radarlarını kəşfiyyat və kartoqrafiya məqsədləri üçün istehsal etdi. Elə bir radar ki, onun haqqında bir atalar sözü də vardır, deyirlər: “Adamın səhradakı ayaq izlərini də tanıla bilir”.