logo

İstanbulda çökmüş binanın dağıntıları altında  43 nəfərin qaldığı ehtimal olunur

20:31 06-02-2019 | icon 3052
İstanbulda çökmüş binanın dağıntıları altında  43 nəfərin qaldığı ehtimal olunur

İstanbulda çökmüş səkkizmərtəbəli binanın dağıntılar altında ən azı 43 nəfər qaldığı güman edilir.

YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, İstanbulda Bankalar prospektindəki Cevizli məhəlləsi, Sema küçəsindəki  çökmüş binanın 7 mərtəbəsində 14 mənzil olub.

Birinci mərtəbəsində atelye yerləşən bina 1992-ci ildə inşa olunub. Bina əvvəlcə beşmərtəbəli olub. Sonradan qanunsuz yolla onun üstündə əlavə üç mərtəbə tikilib. İlkin araşdırmalar əsasında ehtimal edilir ki, dağıntılar altında ən azı 43 nəfər qalıb.

Faciə yerində axtarış-xilasetmə işləri davam edir. Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub.