logo

Avropa İttifaqında ən aşağı əməkhaqqı olan ölkə Bolqarıstandır-446 avro

12:57 06-02-2019 | icon 3206
Avropa İttifaqında ən aşağı əməkhaqqı olan ölkə Bolqarıstandır-446 avro

Bolqarıstan Avropa İttifaqında (Aİ) 286 avro ilə ən aşağı minimal əməkhaqqı olan ölkədir.

YeniAvropa xəbər verir  ki, bu barədə məlumat Avropanın statistika agentliyinin (Avrostat) 2019-cu il yanvar ayı üzrə hazırladığı hesabatda yer alıb. Sənəddə bildirilir ki, qonşu Rumıniyada minimal əməkhaqqı 446 avrodur. Avrostatın məlumatına görə, Aİ ölkələrinin 9-da minimal əməkhaqqı ayda 400-600 avro civarında dəyişir. Bunların hamısı Şərqi Avropa ölkələridir. Məsələn, Çexiya və Slovakiyada bu rəqəm 519-520 avro təşkil edir. Cənubi Avropada isə minimal əməkhaqqı ayda 650 avrodan - 1100 avroya kimi dəyişir. Yunanıstanda 684 avro, İspaniyada isə bu rəqəm 1050 avroya bərabərdir.