Türkiyə Statistika Komitəsinin hesablamalarına görə, 2018-ci ildə ölkə üzrə 22 milyon 865 min 921 nəqliyyat vasitəsi qeydə alınıb. Bunlardan 4 milyon 173 min 312-nin İstanbulda olduğu bildirilir ki, bu da Türkiyə üzrə 20 bölgənin əhali sayına bərabərdir.
YeniAvropa xəbər verir ki, Türkiyənin Bayburt, Tunceli, Ardahan, Kilis, Gümüşhanə, Artvin, İğdır, Bartın, Çankırı, Sinop, Biləcik, Erzincan, Kırşəhər, Karabük, Karaman, Yalova, Burdur, Bingöl, Hakkari, Kırıkkale bölgələrində əhalinin ümumi sayı təxminən 4 milyon 170 min nəfərdir.