logo

Bolqarıstan Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıdı

22:59 05-02-2019 | icon 2828
Bolqarıstan Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıdı

Bolqarıstanın Nazirlər Şurası yanında Təhlükəsizlik Şurası Avropa İttifaqını və dünya ictimaiyyətini dəstəkləyərək Venesuela parlamentinin sədri Xuan Quaydonu ölkənin müvəqqəti prezidenti kimi tanıyıb.

YeniAvropa xəbər verir  ki, bu barədə hökumətin mətbuat katibliyi baş nazir Boyko Borisovun sədrliyi ilə keçirilən Şuranın iclasından sonra bəyan edib. İclasda ölkə prezidentinin nümayəndələri, baş nazirin müavini, xarici işlər naziri, xüsusi təhlükəsizlik xidmətlərinin təmsilçiləri iştirak ediblər. Qəbul edilmiş sənəddə bildirilir ki, Bolqarıstan Venesuela vətəndaşları, o ölkədə yaşayan bir milyona yaxın ispan və portuqal, Avropa İttifaqı vətəndaşları ilə həmrəydir. Sənəd Bolqarıstan prezidenti Rumen Radevin nümayəndələrindən başqa, Şuranın bütün üzvləri tərəfindən qəbul olunub.