Tehranda qış idman növləri üzrə keçirilən Asiya çempionatının sonuncu günündə paralimpiyaçımız Aytac Qasımova snoubordun slalom növündə gümüş, böyük slalomda isə bürünc medala sahib olub.
YeniAvropa xəbər verir ki, idmançılarımız Azərbaycan Paralimpiya hərəkatının tarixində ilk dəfə olaraq qatıldıqları yarışda 4 medal, o cümlədən 2 qızıl, 1 gümüş və 1 bürünc qazanıblar.
Qış idman növləri üzrə milli komandamız ötən ilin yanvarında “Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Dağ Xizək Federasiyasının dəstəyi ilə yaradılıb.