Fransada 24 saatlıq ümumi tətil başlayıb.
YeniAvropa xəbər verir ki, tətil ölkənin 30-a qədər bölgəsini əhatə edir. Bir çox şəhərlərdə, aeroportlarda və ictimai nəqliyyat sistemində problemlər yaranıb.
Nümayişçilər əməkhaqqının artırılmasını və ədalətli vergi sisteminin qurulmasını tələb edirlər. Əyilməz Fransa Partiyası və “sarı jiletlər” etiraz aksiyaçıları da tətilə qoşulublar.
Parisdə nümayiş şəhər meriyasından başlayaraq Yelisey çölləri prospektinə qədər davam edəcək. Ölkədə 160 nümayiş nəzərdə tutulub. Sosial tələblərdən başqa, nümayişçilər “toplaşma azadlığını” da tələb edirlər. Nümayiş ölkədə “dağıdıcılara qarşı qanunun” səsə qoyulduğu günə təsadüf edir.