Beynəlxalq Su İdmanı Növləri Federasiyası (FINA) yeni dünya rekordunu qeydə alıb.
YeniAvropa xəbər verir ki, rusiyalı üzgüçü Kirill Priqoda yeni dünya rekordunun sahibi olub.
K.Priqoda ötən il Çinin Hanqcou şəhərində keçirilən dünya çempionatında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında qızıl medal qazanıb. Rusiyalı üzgüçü bu məsafəni 2 dəqiqə 16 saniyəyə qət edib. Bundan əvvəlki rekord isə almaniyalı Marko Koxa məxsus olub - 2 dəqiqə, 44 saniyə.
İyirmi üç yaşlı K.Priqoda dördqat dünya çempionudur.