Türkiyənin İstanbul şəhərinin doqquz bölgəsi və Kocaelinin Başiskele məhəlləsi olmaqla, 27 ayrı ünvanda İŞİD terror təşkilatına qarşı əməliyyat təşkil edilib. Nəticədə 22 şübhəli həbs olunub.
YeniAvropa xəbər verir ki, saxlanılanların ünvanlarında axtarış zamanı çox sayda sənədlər aşkarlanıb. Şübhəlilərin İŞİD terror təşkilatının təbliğatını edərək Suriyaya gedib-gəldikləri və ya təşkilata işçi təmin etdikləri, təşkilat üzvlərinin ailələrinə maddi yardım göstərdikləri müəyyənləşdirilib.
Əməliyyat tədbirləri davam etdirilir.