Türkiyənin Burdur şəhərinin Burcak bölgəsində ötən həftənin son günləri təxminən 300 nəfər içməli sudan zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edib.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, Burcak bələdiyyəsindən verilən məlumatda bildirilib ki, təxminən 45 min insanın yaşadığı bir şəhərdə 300 nəfərin zəhərlənməsinin səbəbinin içməli su olması inandırıcı deyil. Lakin hər ehtimala qarşı bölgəyə içməli suyun verilməsi dayandırılıb. Müvafiq analizlərin aparılması üçün bölgədən su nümunələri götürülüb. Suyun keyfiyyəti və tərkibi araşdırılır.