logo

“Fəcr kuboku”nda Azərbaycanı iki şahmatçı təmsil edəcək

22:13 04-02-2019 | icon 3094
“Fəcr kuboku”nda Azərbaycanı iki şahmatçı təmsil edəcək

Fevralın 5-də Tehranda 27-ci “Fəcr kuboku” şahmat festivalının “Masters” turniri start götürəcək.

YeniAvropa xəbər verir  ki,  turnirdə Azərbaycanı Azər Mirzəyev və Sərxan Quliyev təmsil edəcəklər.

Yarışlarda 21 ölkədən 128 şahmatçı (18 qrossmeyster) mübarizə aparacaq. İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq “Masters” turnirinə fevralın 11-də yekun vurulacaq.