ABŞ Gürcüstanın Poti şəhərində 120 milyon dollarlıq yeni beynəlxalq dəniz limanı tikiləcək
Gürcüstan hökuməti Potidə beynəlxalq əhəmiyyətli yeni dəniz limanı tikəcək.
YeniAvropa xəbər verir ki, bununla bağlı fevralın 4-də Tbilisidə PACE şirkətlər qrupu ilə ABŞ hökumətinin Xarici Özəl İnvestisiya Korporasiyası (OPIC) arasında müqavilə imzalanıb.
İmzalanma mərasimində Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir Mamuka Baxtadze, hökumət üzvləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən baş nazir Mamuka Baxtadze bildirib ki, dəniz limanının tikintisi Avropa ilə Asiyanı birləşdirəcək yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində irəliyə doğru addımdır. Logistika Gürcüstanın regionun iqtisadi mərkəzinə çevrilməsi prosesində xüsusi əhəmiyyətə malikdir. Bu, yeni liman və terminaldan ibarət müasir kompleks olacaq və həm ölkə, həm də region iqtisadiyyatına böyük dəyişikliklər gətirəcək. Yeni terminal Potidə keçmiş gəmi tikintisi zavodunun ərazisində yerləşəcək.
Baş nazir OPIC tərəfindən layihəyə 50 milyon dollar ayrılmasının Gürcüstanın ABŞ-ın etibarlı tərəfdaşı olduğunu bir daha sübut etdiyini vurğulayıb.
OPIC-in Gürcüstandakı fəaliyyətini yüksək qiymətləndirən M.Baxtadze deyib ki, korporasiya illər öncə Gürcüstanda layihələr həyata keçirməyə başlayıb. Bu günədək OPIC Gürcüstanda ümumi dəyəri 600 milyon dollara yaxın olan 60 layihə həyata keçirib.
OPIC-in direktoru Kennet Enqel, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Ross Uilson və başqaları çıxış edərək layihə ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, yeni terminalın tikintisinə 50 milyon ABŞ dolları həcmində sərmayə qoyulacaq. Dəniz terminalı ilə yanaşı, akvatoriyanın da dərinliyi artırılacaq və bu da limanın yükqaldırma qabiliyyəti 50 min tona yaxın olan gəmilərin qəbulunu mümkün edəcək.
İki mərhələdən ibarət olan layihənin ümumi dəyəri 120 milyon dollardır. Birinci mərhələnin ümumi investisiya dəyəri 93 milyon dollar təşkil edir. Bu məbləğin 50 milyonunu OPIC ayıracaq.
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib