logo

Elmi baza quraşdıracaq Türkiyə heyəti Antarktidaya gəlib

13:20 04-02-2019 | icon 3080
Elmi baza quraşdıracaq Türkiyə heyəti Antarktidaya gəlib

Üçüncü Beynəlxalq Antarktida elmi səfəri çərçivəsində yanvarın 29-da yola düşən Türkiyə heyəti artıq mənzil başına çatıb.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, səfər Türkiyə prezidenti Administrasiyasının himayədarlığı ilə həyata keçirilir. Qeyd edək ki, səfərdə məqsəd Antarktidada elmi baza qurmaqdır.

Xatırladaq ki, bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün "Tvitter" səhifəsində Türkiyənin 2019-cu ildə Antarktidada elmi baza quracağı anansunu verib.O qeyd edib ki, Antarktidada artıq 30 ölkənin obyektləri var.

Türkiyə prezidentinin sözlərinə görə, ölkəsi Antarktidada elmi stansiyaya malik deyil, amma 2019-cu ildə vəziyyət dəyişəcək və  Antarktidada elmi baza quraşdırılacaq.

Qeyd edək ki, Türkiyə 1959-cu ildə Vaşinqtonda imzalanan Antarktida haqqında Müqavilənin iştirakçılarından biridir. Müqaviləyə əsasən, cənub qütb zonasında yalnız elmi fəaliyyətə icazə verilir. Hazırda Rusiya, ABŞ, Çin, Yaponiya, Yeni Zelandiya və Avropa ölkələri də daxil olmaqla, 50-dən artıq ölkə müqavilənin iştirakçısıdır.

Soyuq qitədə təxminən 90 daimi və mövsümi qütb stansiyası fəaliyyət göstərir.