Ferents List adına Budapeşt Beynəlxalq Hava Limanı Mərkəzi və Şərqi Avropada karbon neytrallığı göstəricisi üzrə ekoloji tələblərə tam cavab verən aeroport rəsmi sertifikatı alıb.
YeniAvropa xəbər verir ki, bu barədə Macarıstan hökumətinin mətbuat üçün açıqlamasında məlumat verilib. Budapeşt aeroportu artıq ikinci ildir bu sertifikata layiq görülür. Əsas tələb isə təyyarələrin istismarı zamanı hava limanının atmosferə CO2 emissiyasını kompensasiya etməkdir. Akkreditasiya “ACI Europe” (Avropa Aeroportları Beynəlxalq Təşkilatı) tərəfindən keçirilən auditdən sonra rəsmi sertifikatla təsdiq olunub.
Qeyd edək ki, Skandinaviya və İtaliyada yerləşən daha 39 aeroport Avropada ciddi ekoloji tələblərə cavab verir.