logo

Türkiyədə daha 36 hərbçi barədə həbs qərarı verilib

11:57 04-02-2019 | icon 3073
Türkiyədə daha 36 hərbçi barədə həbs qərarı verilib

Türkiyənin prokurorluq orqanları tərəfindən Fətullahçı Terror Təşkilatına (FETÖ) üzvlükdə təqsirli bilinən daha 36 hərbi qulluqçunun həbs olunması barədə qərar qəbul edilib.

YeniAvropa  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, haqqında həbs qətimkan tədbiri seçilən Hərbi Dəniz Qüvvələrinin əməkdaşlarından 10 nəfər hazırda xidmətdə olandır. Şübhəlilərdən 23 nəfərinin dərhal həbs edildiyi bildirilir. Qalanları axtarışa verilib.