logo

Avtobusun aşması nəticəsində ölənlərin sayı 7-yə çatıb

18:49 03-02-2019 | icon 3136
Avtobusun aşması nəticəsində ölənlərin sayı 7-yə çatıb

Fevralın 3-də Rusiyanın Kaluqa vilayətində avtobusun aşması nəticəsində ölənlərin sayı 7-yə çatıb. Həlak olanların dördü uşaqdır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Kaluqa-Vyazma yolunda hərəkətdə olan, Smolenskdən gələn avtobusun yol kənarına aşması nəticəsində 31 nəfər də xəsarət alıb.

Avtobusdakı 47 sərnişindən 31-i “Kolibr” rəqs klubunun üzvü olan uşaqlardır.

Hadisə ilə bağlı cinayət işi açılıb.