Venesuela prezidenti Nikolas Maduro ölkədə erkən parlament seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edib.
YeniAvropa xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb. Xəbərdə bildirilib ki, bu barədə o, Karakas şəhərində tərəfdarlarının iştirakı ilə baş tutan mitinqdə məlumat verib.
“Onlar seçki istəyirlər? Biz parlament seçkilərini keçirəcəyik”, - deyə Maduro vurğulayıb.
Ölkənin qanuni prezidenti təklifin Venesuelanın Konstitusiya Assambleyası tərəfindən nəzərdən keçiriləcəyini qeyd edib.