Türkiyənin Hakkari şəhərinin Yüksekova bölgəsində günlərdir aramsız yağan qar və yağışdan sonra bölgənin yüksək yerlərində qarın qalınlığı 5 metri keçib.
YeniAvropa xəbər verir ki, qar örtüyünün hündürlüyü kəndlərə gedən yolları açmaq üçün çalışan qartəmizləyən maşınların işində çətinliklər yaradıb. Bəzi ərazilərdə qar uçqunu ehtimalına qarşı tədbirlər görülüb.