2018-ci ildə İstanbula 13 milyon 433 min 101 xarici vətəndaş gəlib.
YeniAvropa xəbər verir ki, bu barədə İstanbul Mədəniyyət və Turizm Müdirliyi məlumat yayıb. Müdirlik tərəfindən aparılan statistikaya əsasən tərtib olunan məlumatda bildirilir ki, 2017-ci illə müqayisədə ötən il şəhərə gələn turistlərin sayı 24 faiz artıb.
Yalnız dekabr ayında İstanbula 1 milyon 77 min 979 turist gəlib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz çoxdur.
Bundan əlavə, şəhərin hava nəqliyyatında da 23,9 faiz artım müşahidə edilib.