“Neftçi” futbol klubu transfer pəncərəsinin sonuncu günündə daha bir oyunçunu heyətinə qatıb.
YeniAvropa klubun rəsmi saytına istinadla xəbər verir ki, komanda italiyalı hücumçu Canluka Sansone ilə 1,5 illik müqavilə bağlayıb. Otuz bir yaşlı forvard yeni komandasının heyətində 16 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, sonuncu klubu “Novara” olan Sansone İtaliyanın “Montorio”, “Peşina”, “Syena”, “Qallipoli”, “Lançano”, “Frosinone”, “Sassuolo”, “Torino”, “Sampdoriya”, “Bolonya” və “Bari” klublarında da çıxış edib.