logo

İranda terror aktı törədilib

15:14 02-02-2019 | icon 2982
İranda terror aktı törədilib

İranda İslam İnqilabı Mühafizəçiləri Korpusunun (KSIR) hərbi bazasına silahlı hücum nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.

YeniAvropa  "IRNA" informasiya agentliyinə istinadla xəbər verir ki, KSIR-in “Qüds” hərbi bazasının ictimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, bir qrup terrorçunun Sistan vilayətinin Nikşəhr şəhərindəki hərbi bazaya silahlı hücumu ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi qaldırılıb.

“Pars Today” agentliyi xəbər verir ki, terror aktına görə məsuliyyəti “Ceyş əz-Zülm” (“Zülm ordusu”) terrorçu qruplaşması öz üzərinə götürüb. Bu terror təşkilatı Sistan və Belucistan vilayətlərində əvvəllər də terror aktları törədiblər. Onlardan biri 2017-ci ilin aprelində 9 İran sərhədçisinin ölümü ilə nəticələnən silahlı hücumdur.