logo

Türkiyədə əhalinin sayı 82 milyonu ötüb

10:08 02-02-2019 | icon 3199
Türkiyədə əhalinin sayı 82 milyonu ötüb

Türkiyə Statistika Komitəsinin apardığı son hesablamalara görə 2018-ci ildə ölkə əhalisinin sayı 2017-ci illə müqayisədə 1 milyon 193 min 357 nəfər artaraq 82 milyon 3 min 882 nəfər təşkil edib. 

YeniAvropa xəbər verir  ki, ölkə üzrə ən çox əhalisi olan şəhər İstanbuldur. Burada 15 milyon 67 min 724 nəfər yaşayır. Bu sıralamada ikinci yeri 5,5 milyon nəfərlə Ankara, üçüncü yeri isə 4,3 milyonla İzmir tutur.