logo

Gürcüstanda XII sinif şagirdləri üçün buraxılış imtahanları ləğv olundu

23:52 01-02-2019 | icon 3577
Gürcüstanda XII sinif şagirdləri üçün buraxılış imtahanları ləğv olundu

Gürcüstanda XII sinfi bitirən şagirdlər üçün buraxılış imtahanları ləğv olunги.

YeniAvropa xəbər verir  ki,  bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze fevralın 1-də keçirdiyi brifinqdə məlumat verib. 

Baş nazir deyib: “Təhsil sistemində islahatların həyata keçirilməsi hökumətin əsas prioritetlərindən biridir. Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi 2019-cu ildə attestat imtahanlarının yalnız XI sinif şagirdləri üçün ləğv olunması barədə qərar qəbul edib. Bu, düzgün yanaşmadır və məsələ ilə bağlı məsləhətləşmələr aparıldı. Nəticədə buraxılış imtahanlarının həm XI, həm də XII sinif şagirdləri üçün ləğv olunması haqqında qərar qəbul edildi”.

Qeyd edək ki, bundan əvvəl yalnız  XI sinif şagirdləri buraxılış imtahanlarından azad edilirdi.

Xatırladaq ki, Gürcüstanda orta təhsil 3 pilləlidir. 1-ci pillə ibtidai təhsil adlanır və şagirdlər 6 yaşdan məktəbə gedirlər. Bu pillədə təhsilin müddəti 6 ildir. Sonra şagirdlər əsas məktəb adlanan 2-ci pillədə daha 3 il oxuyurlar. Və nəhayət orta məttəb adlanan 3-cü pillədə də təhsil 3 ildir. Beləliklə şagirdlər 12 il təhsil aldıqdan sonra tam təhsil haqqında attestatlar alırlar.

Orta məktəblərdə kimya, fizika, biologiya, coğrafiya, tarix. gürcü dili və ədəbiyyatı, riyaziyyat və xarici dil mütləq fənlər hesab edilir. 

 Ali məktəbə qəbul olmaq istəyənlər isə 12 illik attestat əsasında,  Vahid Milli İmtahan sistemi üzrə imtahan verməli olurlar.