logo

İranda İslam İnqilabının 40-cı ildönümü qeyd olunur

17:30 01-02-2019 | icon 3535
İranda İslam İnqilabının 40-cı ildönümü qeyd olunur

Fevralın 1-də İranda İslam İnqilabının 40-cı ildönümü tamam olur. Bu münasibətlə ölkədə bayram günləri başlayıb.

YeniAvropa xəbər verir  ki,  bayram İran İslam İnqilabının banisi İmam Xomeyninin məzarını ziyarətlə başlayıb. Məzarı əvvəlcə İran İslam İnqilabının Ali Rəhbəri Əli Xamneyi, prezident Həsən Ruhani və digər rəsmi şəxslər ziyarət ediblər.

1979-cu il fevralın 1-i inqilabi fəaliyyətinə görə şah rejimi tərəfindən İrandan sürgün edilərək Fransada yaşamaq məcburiyyətində qalan İmam Xomeyninin Tehrana qayıdışı günüdür. Ömrünün 15 ilini İraq, Türkiyə və Fransa kimi ölkələrdə siyasi sürgündə keçirən İmam Xomeyni daim xalqı imperialist qüvvələrlə mübarizəyə səsləyib. Xalqı yad qüvvələri ölkədən qovmağa çağıran İmam Xomeyni İranda İslam İnqilabının baş verməsinə səbəb olub və nəticədə Pəhləvi rejimi süquta uğrayıb.

Bu gün İranın Tehran, Təbriz, Şiraz, İsfahan, Məşhəd, Urmiya və başqa şəhərlərində təntənəli tədbirlər keçirilir.