Yaponiyada qrip epidemiyası ilə xəstələnənlərin sayı 2,2 milyon nəfəri ötüb.
YeniAvropa xəbər verir ki, bu barədə fevralın 1-də Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yanvarın 21-dən 27-dək hər bir səhiyyə müəssisəsinə orta hesabla 57 xəstə müraciət edib ki, bu da həmin statistikanın aparılmağa başladığı 1999-cu ildən bəri ən yüksək göstəricidir.
Bununla əlaqədar tibb işçiləri əhaliyə tez-tez əllərini yumağı, ağız boşluğunu yaxalamağı və tibbi maskalar daşımağı, temperaturun qalxdığı halda isə dərhal həkimə müraciət etməyi tövsiyə edirlər.