logo

Türkiyəni ötən ildə 40 milyondan artıq turist ziyarət edib

18:18 01-02-2019 | icon 3003
Türkiyəni ötən ildə 40 milyondan artıq turist ziyarət edib

Ötən il qardaş ölkə olan Türkiyəni 46 milyon 112 min 592 nəfər turist ziyarət edib.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu da 2017-ci illə müqayisədə 21, 84 faiz artım deməkdir. Türkiyəyə ən çox ziyarətçi Rusiyadan (5 milyon 964 min 613 nəfər) gəlib. Sonrakı yerlərdə Almaniya (4 milyon 512 min 360), Bolqarıstan (2 milyon 386 min 855) qərarlaşıb. Adambaşına orta hesabla xərc 647 dollar, əcnəbilərin orta hesabla xərci 617 dollar, xaricdə yaşayan vətəndaşların orta hesabla xərci isə 801 dollar təşkil edib. Turizm gəlirlərinin 81,8 faizi xarici ziyarətçilərdən, 18,2 faizi isə xaricdə yaşayan vətəndaşlardan əldə olunub.

Ötən il Türkiyədə turizmdən 29 milyard 512 milyon 926 dollar gəlir əldə edilib.