logo

Tramp tezliklə Kim Çen In ilə yeni görüşünün vaxtını açıqlayacaq

23:52 31-01-2019 | icon 3038
Tramp tezliklə Kim Çen In ilə yeni görüşünün vaxtını açıqlayacaq

ABŞ prezidenti Donald Trampın KXDR lideri Kim Çen Inla yeni görüşünün vaxtı və yeri gələn həftə açıqlana bilər.

YeniAvropa xəbər verir  ki, bu haqda "TASS" informasiya agentliyi məlumat yayıb. Qeyd edilib ki, Amerika lideri bu barədə bu gün  Ağ evdə jurnalistlərə bildirib.

Görüşün fevralın sonlarında keçirilməli olduğunu xatırladan Tramp deyib: “Biz bunu çox tezliklə, ola bilsin ki, gələn həftə elan edəcəyik”.

ABŞ prezidenti, həmçinin qeyd edib ki, Şimali Koreya ilə böyük irəliləyişə nail olunub