logo

Türkiyə-İran-Rusiya sammiti  fevralın 14-də Soçidə keçiriləcək

20:29 31-01-2019 | icon 3136
Türkiyə-İran-Rusiya sammiti  fevralın 14-də Soçidə keçiriləcək

Fevralın 14-də Soçi şəhərində Suriya böhranın nizamlanması üzrə Türkiyə-İran-Rusiya sammiti keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Hurriyet” qəzetinə müsahibəsində bildirib.

Görüş zamanı Türkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin Suriyanın İdlib əyalətində yaradılan bufer zonasındakı vəziyyəti və ABŞ qoşunlarının bu ölkədən çıxarılması prosesini müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, hər üç ölkə liderinin bundan öncəki sammiti ötən ilin sentyabr ayında Tehranda baş tutub.