logo

Avropa Parlamenti Xuan Quaydonu Venesuelanın qanuni rəhbəri kimi tanıdı

18:58 31-01-2019 | icon 3094
Avropa Parlamenti Xuan Quaydonu Venesuelanın qanuni rəhbəri kimi tanıdı

Avropa Parlamenti Avropa İttifaqı ölkələrinə özünü Venesuela prezidenti elan etmiş müxalifət lideri Xuan Quaydonun qanuni rəhbər kimi tanınması ilə bağlı çağırış bəyannaməsini qəbul edib.

YeniAvropa "RİA Novosti”yə istinadla xəbər verir ki, 439 nəfər sənədin lehinə, 104-ü isə əleyhinə səs verib, 88 nəfər bitərəf qalıb.

"Qərar qəbul olundu. Elan edirəm ki, Avropa Parlamenti Quayondonu Venesuelanın qanuni prezidenti kimi tanıdı. Avropa Parlamenti bunu edən ilk Avropa institutu oldu", - deyə Avropa Parlamentinin sədri Antonio Tayani bildirib.

Xatırladaq ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo yanvarın 23-də Karakasda mitinq zamanı özünü ölkənin prezident elan edib və and içib.

Bunun ardınca ABŞ və bir sıra digər dövlətlər Xuan Quaydonu Venesuelanın yeni prezidenti kimi tanıyıb.