Ukraynanın Mərkəzi Seçki Komissiyasının növbəti iclasında daha üç nəfərin - İqor Smeşko, İnna Boqoslovskaya və Vladimir Zelenskinin prezidentliyə namizədlikləri qeydə alınıb.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, bununla da MSK tərəfindən qeydə alınan namizədlərin sayı 26-ya çatıb. Artıq 51 nəfər namizədliyinin qeydə alınması üçün sənədlərini MSK-ya təqdim edib.
Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Qeydə alınan prezidentliyə namizədlərin sayının 30-dan artıq olacağı gözlənilir.