2019-cu ildə Türkiyədə inflyasiyanın səviyyəsinin 14,6 faiz olacağı gözlənilir.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Murat Çetinkaya açıqlama verib.
Yaxın dövr üçün neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayan bank rəhbəri bildirib ki, 2020-ci ildə Türkiyədə inflyasiyanın 8,2 faizə, bir il sonra isə 5,4 faizə düşəcəyi gözlənilir.