Qazaxıstanın paytaxtı Astanada gənclərin “Şabyt” XXI beynəlxalq yaradıcılıq festivalı keçirilir.
YeniAvropa xəbər verir ki, ənənəvi olaraq hər il keçirilən festivalda iştirak üçün 345 gənc müraciət edib.
Festivalda Qazaxıstan, Azərbaycan, Belarus, Gürcüstan, İsrail, Qırğızıstan, Rusiya, Ukrayna və Özbəkistanı təmsil edən iştirakçılar “Klassik musiqi”, “Xalq musiqisi”, “Pop vokal”, “Xoreoqrafiya” və “Jurnalistika” nominasiyaları üzrə yarışacaqlar.
Festival noyabrın 9-da qala konsertlə başa çatacaq.