logo

Tovuzda dönərdən zəhərlənən 21 nəfərdən 14-evə buraxılıb

12:12 16-10-2024 | icon 469
Tovuzda dönərdən zəhərlənən 21 nəfərdən 14-evə buraxılıb

Tovuzda dönərdən zəhərləndikləri ehtimal olunan şəxslərin böyük əksəriyyəti ambulator müalicə üçün evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Tovuz rayon Mərkəzi Xəstəxanasından bildirilib. Qeyd olunub ki, zəhərlənmə şübhəsi ilə Təcili yardım şöbəsinə, ümumilikdə, 21 nəfər hospitalizasiya edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə araşdırma aparılır.