logo

Siyəzəndə ağır avtoqəza: Xaçmaz Peşə Liseyinin 5 əməkdaşı yaralanıb

11:15 16-10-2024 | icon 644
Siyəzəndə ağır avtoqəza: Xaçmaz Peşə Liseyinin 5 əməkdaşı yaralanıb

Oktyabrın 16-sı səhər saatlarında Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin beş əməkdaşı yaralanıb.

Hadisə zamanı xəsarət alan yaralılar Siyəzən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.