logo

Britaniya Gürcüstanla təhlükəsizlik dialoqunu dayandırıb

09:09 16-10-2024 | icon 525
Britaniya Gürcüstanla təhlükəsizlik dialoqunu dayandırıb

Britaniya Gürcüstanla təhlükəsizliklə bağlı illik dialoqu və müdafiə üzrə digər müzakirələri dayandırıb.

YeniAvropa xəbər verir ki,  bu barədə Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord KİV-ə müsahibəsində deyib.

O, bildirib ki, buna səbəb demokratik gerilmədir və Böyük Britaniya Gürcüstanın “anti-Qərb ritorikası”ndan narahatdır.

“Mən gözləyirdim ki, Gürcüstanın dayanıqlılığını artırmaq və rifahımızı gücləndirmək üçün birgə işləyəcəyik, lakin son bir ildə Gürcüstan Hökuməti fərqli bir yol seçib”, - deyə diplomat vurğulayıb.