logo

Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi 95 %-i ötüb

10:50 15-10-2024 | icon 777
Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi 95 %-i ötüb

Avropanın yeraltı qaz anbarlarında toplanmış mavi yanacaq ehtiyatlarının həcmi 95 %-i ötüb, lakin 2023-cü ilin rekord göstəricisindən geri qalır.

YeniAvropa xəbər verir ki, “Gas Infrastructure Europe” Assosiasiyasının məlumatına görə, oktyabrın 13-də anbarlara qaz doldurulması 152 milyon kubmetr, qaz götürülməsi isə 54 milyon kubmetr təşkil edib. Hazırda Avropanın yeraltı anbarlarında 105,5 milyard kubmetr (95,07 faiz) qaz var ki, bu da son beş ilin analoji dövrünün orta göstəricisindən 3,22 faiz çoxdur.

Bu həftə Mərkəzi və Qərbi Avropada havanın öncəki yeddi günlə müqayisədə bir qədər sərin keçəcəyi proqnozlaşdırılır. Oktyabr ayında Avropanın elektrik enerjisi istehsalında külək generasiyasının payı 19 faizədək artıb.

Avqust ayında terminallardan Avropanın qazötürmə sisteminə maye qaz vurulması 2021-ci ilin oktyabrından bəri ən aşağı səviyyəyə ensə də, sentyabrda yenidən artmağa başlayıb. Hazırda bu göstərici maksimum gücün 36 faizini təşkil edir.

London ICE birjasında min kubmetr qazın qiyməti təxminən 440 dollardır.