logo

Ərdoğan Putinin ad gününə özəl hədiyyə göndərib

16:26 13-10-2024 | icon 945
Ərdoğan Putinin ad gününə özəl hədiyyə göndərib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə doğum günü şərəfinə vaza hədiyyə edib.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlə açıqlamasında bildirib.

“Ərdoğanın Vladimir Putinə hədiyyəsi haqqında deyə bilərəm ki, bu, gözəl bir vaza idi”,-deyə Yuri Uşakov vurğulyıb.

Qeyd edək ki, oktyabrın 7-də Vladimir Putinin 72 yaşı tamam olub. 

Həmin gün Moskvada MDB dövlət və hökumət başçılarının əvvəlcə qeyri-rəsmi görüşü , ardınca da naharı olub.