logo

Ermənistanda hərbçi güllələnib

15:15 13-10-2024 | icon 959
Ermənistanda hərbçi güllələnib

Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbçisi Aqasi Serojeviç Dallakyanın güllə yarası olan meyiti aşkar edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

"Baş vermiş hadisənin bütün təfərrüatlarının tam aydınlaşdırılması məqsədilə araşdırma aparılır", - deyə nazirliyin məlumatında bildirilib.

Müdafiə Nazirliyi hərbçinin ailə üzvlərinə, yaxınlarına və həmkarlarına başsağlığı verib.