logo

Azərbaycan diasporu Pokrovskaya yarmarkasında iştirak edib

23:33 12-10-2024 | icon 1351
Azərbaycan diasporu Pokrovskaya yarmarkasında iştirak edib
Oktyabrın 12-də Nevinnomısskda hər kəsə özünü ümumi bayramın bir hissəsi kimi hiss etməyə imkan verən Pokrovskaya yarmarkası baş tutub.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın Stavropol şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Yarıyev məlumat verib. 
Onun sözlərinə görə, milli geyimlərimiz ziyarətçilərin marağına səbəb olub. Şən rəqslərimiz isə bayrama  xüsusi əhval-ruhiyyə qatıb.
"Kazaklar qılınc və qamçıda ustalıqlarını nümayiş etdirdilər. Qonaqlar müxtəlif mətbəxlərdən ənənəvi yeməkləri daddılar. Nevinnomısskdakı Pokrovskaya yarmarkası sakinlərin və qonaqların müxtəlif xalqların mədəni irsi ilə daha yaxından tanış ola biləcəyi birlik bayramına çevrildi. Yarmarkanı tərk edən hər kəs özləri ilə təkcə parlaq təəssüratlarla deyil, həm də birgə bayramla bağlı isti xatirələr götürdülər",-deyə  diaspora sədri vurğulayıb.
Fəxrəddin Yarıyev daha sonra bildirib ki, tədbirdə “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin üzvləri, Nevnamınsk üzrə sədri Müşfiq Hüseynov, Ağsaqqallar Şurasının sədri Bəxtiyar Əsədov, Qadınlar Şurasından Anna Ələkbərovna, Gənclər Təşkilatının sədri Rasim Nəbiyev, tanınmış ziyalı Elburus Quliyev, rəqs qrupları, bazar günü məktəbinin iştirakçıları və diaspor fəalları iştirak ediblər.
Diasporun fəal iştirakı şəhər rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.